PSJ-nin və İtaliya millisinin qapıçısı Canluici Donnarumma durumundan narazıdır.
Fanat.Az xəbər verir ki, o, xüsusilə UEFA Çempionlar Liqasının beşinci turunda "Bayern Münhen"lə matçda qapının rusiyalı Matvey Safonova tapşırılmasına kəskin etiraz edib.
Məlumatı "Lequipe" yayıb. Xəbərə görə, italiyalı qolkiper PSJ ilə müqaviləsinin müddətinin uzadılması üçün bir neçə həftə əvvəl başlayan danışıqları dayandırıb.
Donnarumma omba nahiyəsindən aldığı zədəyə görə sentyabrda "Jirona" ilə matçı (1:0) saymasaq, üç ildən sonra ilk dəfə Çempionlar Liqası oyununu buraxıb. “Qırmızı-göylər”in baş məşqçisi Luis Enrike Rusiya millisinin qapıçısının xeyrinə seçimini onun pressinq edən komandalara qarşı daha yaxşı təsir bağışlaması ilə izah edib.
Donnarummanın parislilərlə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.
Mirağa