EN

Çin avtomobil istehsalında təcrübəni necə qazandı?

Çin avtomobillərinin dünyanın örd tərəfində populyarlıq qazanması artıq heç kimə sirr deyil. Lakin “populyarlıq nəyin hesabına əldə edilib?” sualının cavabı isə çoxlarına naməlumdur. Bir qədər geriyə qayıdaq.

Avtosfer.az xəbər verir ki, Çinin avtomobil sənayesi 50-ci illərdə sovet yük avtomobillərinin yerli istehsalı ilə başlayıb. Bunun üçün minlərlə gənc sovet ittifaqına oxumağa və təcrübəyə göndərilib. Lakin bu vəziyyət 80-ci illərədək davam etdi. Bu dövrdə artıq SSRİ ilə münasibətlər gərgin idi. Ölkənin ovaxtkı rəhbərliyi başa düşürdü ki, köhnə sovet modellərini konveyerdə saxlamaqla irəliləyiş əldə etmək mümkün deyil. Başlanğıcını Stalin vaxtından götürən bu modellər həm mənəvi, həm də fiziki aşınmaya məruz qalıb. Qərb istehsalçıları isə obrazlı desək, qapıda gözləyirlər. 
Beləliklə, 80-ci illərin ortalarından etibarən ölkədə qanunvericilik islahatları aparıldı. Avropanın avtomobil nəhəngləri - Volvo, Audi, VW, MB, BMW bir-birinin ardınca ölkəyə daxil oldular. Bir neçə il sonra yaponlar da onların yolu ilə getdilər.
Çin hökumətinin xarici istehsalçılarından tələbi konkret idi: yeni texnologiya gətir, çinliləri öyrət. Bundan sonra bazar sənin üzünə açıqdır. 
Cəmi bir neçə il sonra – 1992-ci ildə ölkədə avtomobil istehsalı 1 mçilyon ədədə çatsa da, daxili tələbatı ödəmirdi. İxraca yetəcək qədər maşın istehsalı üçün 90-cı illərin sonunu gözləmək lazım gəldi. 
Beləliklə, 80-ci illərdə Den Syaopinin tətbiq etdiyi siyasət Çində çox sayda peşəkar menecer və mühəndisin formalaşmasına kömək etdi. Onların sayəsində bu gün Çin heç kimdən asılı olmadan rəqabət qabiliyyətli avtomobil istehsal edə bilir. 40 il əvvəl SSRİ-dən asılı olan ölkə indi Rusiya avtomobil bazarının və dünya elektromobil bazının lideridir.

Vüqar Yaşaroğlu

Chosen
344
avtosfer.az

1Sources