7NEWS.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyananın mədəni simvollarından biri olan kolbasa piştaxtaları YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. YUNESKO bəyan edib ki, bu piştaxtalar sadəcə yeməkxana deyil, həm də Vyananın tarixini, sosial quruluşunu və kulinariya mədəniyyətini təmsil edən simvoldur.