EN

İran Amerika ilə barışmaq istəyir

“The New York Times” mənbələrə istinadən yazır ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi İranın mövqeyini dəyişib, ölkə barışdırıcı tona keçib.

Nəşr qeyd edib ki, qərar həm də ilk vəzifəsində İrana “maksimum təzyiq” göstərən Trampın “qeyri-stadartığı” ilə bağlı narahatlıqlarla bağlıdır. Qəzet yazır ki, Tehran İran-Amerika münasibətlərindəki gərginliyi aradan qaldırmaq istəyir. Onlar həmçinin İranın məhz buna görə də İsrailə hücumlarını dayandırdığını bildiriblər.

Bundan əlavə, NYT bildirir ki, İran rəhbərliyi Tramp komandasının Yaxın Şərq və Ukraynada hərbi əməliyyatlara son qoymaq planlarını bəyənir. Nəşr İranın bugünkü mövqeyinin Trampın ilk prezidentliyi dövründəkindən nəzərəçarpacaq dərəcədə fərqli olduğunu vurğulayır. Onlar əlavə ediblər ki, Tehran nüvə və regional problemlərin həlli üçün danışıqlara açıqdır.

//Samir Qurbanov, Editor.az

Chosen
16
editor.az

1Sources