EN

Gürcüstanın Baş naziri: "Aİ səfiri ölkənin daxili işlərinə müdaxiləni dayandırmasa, diplomatik tədbirlər görüləcək"

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri ölkənin daxili işlərinə müdaxiləni dayandırmasa və nitqini dəyişdirməsə, diplomatik tədbirlər görüləcək.

FED.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, görünür, Avropa İttifaqının səfiri birbaşa seçki kampaniyasına qatılıb, radikal müxalifətə dəstək verib və hakim komandaya qarşı çıxıb.

"Bu, Vyana Konvensiyasının və demokratik seçki prinsiplərinin ciddi pozulmasıdır. Bu səbəbdən onun dezinformasiya bəyanatı bizə o qədər də təəccüblü olmadı. Seçkilər ərəfəsində Gürcüstana Avropa İttifaqına inteqrasiya prosesinin dayandırıldığını bildirən Pavel Herçinski indi bildirir ki, bu proses, əslində, Gürcüstan hakimiyyəti tərəfindən dayandırılıb. Bir müddət biz belə hadisələrə diplomatik reaksiya verməkdən çəkinmişdik, amma hər şeyin bir hüdudu var və əgər biz davranışda dəyişiklik görməsək, gələcəkdə belə faktlara, o cümlədən Avropa İttifaqı səfirinə və digər müvafiq şəxslərə qarşı diplomatik reaksiya verəcəyik”, – deyə Kobaxidze bildirib.

O, konkret diplomatik addımların nə olduğu barədə qeyd edib ki, ilk növbədə, bu, səfiri Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırmaq olacaq.

Qeyd edək ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski ölkənin Aİ-yə üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb. (Report)

Chosen
27
1
fed.az

3Sources