EN

Hələb ətrafında baş verənlər Rusiyaya cavabdır

Göründüyü kimi, Suriyada Hələb ətrafında baş verənlər Rusiya qoşunlarının Ukraynada davam edən hücumuna ABŞ və Türkiyənin asimmetrik cavabıdır.

Xatırladaq ki, 2019-2020-ci illərdə Trampın prezidentliyinin başa çatması dövründə Suriyada vəziyyət yenidən pisləşdi. Nəticədə 2020-ci ilin fevral-mart aylarında Türkiyə Suriyada “Bahar Qalxanı” adlı yeni əməliyyata başlayıb və bu əməliyyat çərçivəsində ciddi hücumlar həyata keçirilib, Hələbin şimal-qərbində İdlib və Afrində strateji nöqtələr alınıb.

Bu, ABŞ-da demokratların qələbəsi və Trampın Yaxın Şərqlə bağlı planlarının dondurulması fonunda Türkiyə və Rusiya arasında Suriyada sərt qarşıdurmanın mərhələsi oldu.

Daha sonra Moskva və Ankara Hələb ətrafında döyüşləri dayandırmaq barədə razılığa gəliblər. Bu, təkcə Moskva üçün deyil, Suriyada Tehran üçün də yaxşı uğur idi.Ancaq indi Trampın yeni dövründə onun Suriya ilə bağlı planını həyata keçirməyə davam edəcəyini gözləmək məntiqə uyğundur.

Üstəlik, bu, Ukrayna məsələsində Moskvaya və Yaxın Şərq məsələsində Tehrana ciddi təzyiq rıçaqına çevrilə bilər.

Chosen
53
anspress.com

1Sources