EN

Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "THE WALL STREET JOURNAL"

Rusiya və Ukraynada hələ də evlərinə qaytarılmamış minlərlə hərbi əsir var. Səbəb tərəflərin çox vaxt məhbusların mübadiləsi ilə bağlı razılığa gəlməməsidir.

“The Wall Street Journal”da dərc olunan məqalədə belə deyilir.

Müəllif qeyd edib ki, Rusiyada 8 minə yaxın, Ukraynada isə 5 minə qədər əsir əsgər var. Jurnalist bildirib ki, ölkələr hərbi əsirlərin sayı ilə bağlı rəsmi qaydada dəqiq məlumatları da açıqlamırlar.

Hərbi əsirlərin vətənə qaytarılması hazırda Ukraynada ən həlledilməz problemlərdən birinə çevrilib. Kiyevdə belə hesab edirlər ki, Rusiya bu amildən istifadə etməyə çalışır.

Məqalədə o da vurğulanıb ki, Ukrayna rusların bir neçə aydır şərq cəbhəsində dayanmadan irəliləməsi səbəbindən ciddi problemlər yaşayır: "Ölkədə ordu üçün gərəkən canlı qüvvə qıtlığı var və Rusiya Federasiyası Ukraynaya daha güclü hücumlar təşkil edərsə, qış Ukraynanın enerji infrastrukturu ilə bağlı vəziyyəti daha da pisləşdirə bilər".

Chosen
7
1
korrespondent.az

2Sources