EN

Peskovdan XƏBƏRDARLIQ: “Rusiyaya endirilən hər zərbəyə müvafiq cavab VERİLƏCƏK”

“Qərb raketləri ilə Rusiya ərazisinə vurulan hər zərbəyə cavab olaraq müvafiq reaksiya veriləcək”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
 

“Prezident Putin son bəyanatında ABŞ və xaricdə istehsal olunan raketlərin bu cür istifadəsinə icazə verilməsinin məsuliyyətsizliyi və gərginliyi artıran addım olduğu ilə bağlı xəbərdarlıq etdi. Bu raketlərdən istifadə edilərsə, hər dəfə müvafiq cavab veriləcək. Bu hərəkətlər (Ukraynadakı hədəflərə zərbələr) bizim tərəfimizdən cavab tədbiri kimi həyata keçirilib. Bu təcrübə davam edəcək”.


Qeyd edək ki, Putin KTMT dövlət başçılarının sammitində Rusiyanın Amerika silahlarının davamlı hücumlarına cavab olaraq Ukrayna ərazisinə 100 raket və 466 PUA ilə hücum etdiyini bildirmişdi.

Bizim.Media

Chosen
6
bizim.media

1Sources