EN

Rusiya çempionatının bombardirini 4 İngiltərə klubu istəyir - ADLAR

Moskva "Spartak"ının hücumçusu Manfred Uqalde karyerasını İngiltərə Premyer Liqasında (İPL) davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Xəbərə görə, onun xidmətində dörd İPL təmsilçisi - "Bornmut", "Brayton", "Kristal Pelas" və "Brentford" maraqlıdır. Mənbə sözügedən klubların skautlarının "Spartak"ın "Akron" və "Lokomotiv"ə qarşı keçirdiyi oyunları canlı izlədiklərini, "dəmiryolçular"la görüşdə (5:2) poker edən Uqaldenin performansından məmnun qaldıqlarını vurğulayıb.

Xatırladaq ki, Uqalde 12 qolla Rusiya Premyer Liqasının bombardirlər cədvəlinə başçılıq edir.

Nihat

Chosen
9
fanat.az

1Sources