Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski ölkə hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı dialoqu dondurmaq qərarını “ürəkağrıdan” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
“Cənab Kobaxidzenin Gürcüstanın yaxın 4 ildə Avropa İttifaqına üzv olmaqda maraqlı olmadığı barədə bəyanatını eşitdik. Əlbəttə, bu, şəxsən mənim üçün ürəkağrıdandır”, - deyə Qerçinski bildirib.
Diplomat gürcü xalqına müraciət edərək söyləyib ki, onlar öz ölkələrini necə görmək istədiklərinə qərar verməlidirlər:
“Biz gürcü xalqını dəstəkləyirik, sizi gözləyəcəyik. Bura sizin ölkənizdir, hara getmək istədiyinizə siz qərar verməlisiniz”.
Müəllif: Mənsur Rəğbətoğlu