EN

“Azərbaycan Restaurants” “Best Model of Azerbaijan”ı məhkəməyə verdi

Model yarışları təşkilatçısı olan “Best Model of Azerbaijan” MMC məhkəməyə verilib.

Hokm.az xəbər verir ki, şirkətlə bağlı iddianı ölkənin məşhur restoranlar şəbəkəsinə malik “Azərbaycan Restaurants” MMC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. “Best Model of Azerbaijan” şirkəti iddiaçı tərəflə bağlanmış müqavilənin şərtlərinə əməl etməyib.

İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. 24 dekabr tarixində hakim Ülkər Həsənovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Best Model of Azerbaijani” MMC-nin direktoru Elxan Paşayevdir. İddiaçı tərəf olan “Azərbaycan Restaurants” MMC-nin direktoru isə Vüqar Quliyev Məhəmməd oğludur.
Xatırıladaq ki, “Azərbaycan Restaurant” şirkətinə “Chinar”, “Movida”, “Hard Rock”, “Paris Bistro”, “Tosca”, “Pasifico”, “Buddha Bar”, “Elektra” kimi restoranlar daxildir.

Tərəfləri dinləməyə hazırıq.

Chosen
7
2
hokm.az

3Sources