EN

Şəhərin mərkəzində məşhur restoranlarda tarakanlar tüğyan edir - Siyahı

Şəhərin mərkəzindəki məşhur restoranların bir çoxunda tarakanlar tüğyan edir. 

News24.az xəbər verir ki, bu sözləri qətərli aşpaz Tarik Amin sosial şəbəkədə deyib. 

Onun sözlərinə görə, 3 il Parisin müxtəlif restoranlarında işləyərkən bunun şahidi olub. 

“Üç il Parisin bir çox restoranlarında işləmişəm. Rue de Rivoli, Rue Montorqeli kimi məşhur küçələrində tanınmış restoranlar var ki, özüm orada yerləşən restoranlarının mətbəxində siçan, tarakan görmüşəm. Bu, sirr deyil, Qida Nəzarəti Xidməti hətta bir neçə dəfə cərimə də edib. Ancaq bahalı, özünü brend sayan restoranlar var ki, hələ də bu problemi aradan qaldırımırlar.

Hətta Parisdə sanitar qaydaları qorunmayan bahalı restoranlar da var. Həmişə bahalı, brend adlar keyfiyyətdən xəbər vermir. 

Parisdən bir az aralda yerləşən restoranların birinin mətbəxində Qida Nəzarəti Xidməti ölü siçan tapmışdı. Sizə bir tövsiyəm var, yaxşı olar ki, Parisdə hansı restoran mətbəxinin qapısı xususi qorunursa, bilin ki, nəsə problem var”.


Ağa Dadaşzadə


Chosen
41
news24.az

1Sources