Böyük Britaniya kəşfiyyatı Rusiyanın "Oreşnik" raketlərindən yalnız bir neçə ədədinə sahib olduğunu və bu raketlərin hələ kütləvi istehsala daxil edilmədiyini açıqlayıb.
Musavat.com-un məlumatına görə, bu barədə UNİAN xəbər yayıb.
Bildirilib ki, bu eksperimental raket sisteminin Ukraynaya qarşı istifadə olunması, çox ehtimal ki, Ukraynanın Qərb raketləri ilə Rusiyaya qarşı həyata keçirdiyi hücumlardan sonra strateji bir mesaj olaraq nəzərdə tutulub.
Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub: "Rusiya çox ehtimal ki, yalnız bir neçə ədəd "Oreşnik" raketinə sahibdir. Raketlər hələ kütləvi istehsala daxil olmayıb. Bu silahların hazırda Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunan digər raketlərdən qat-qat bahalı olması ehtimal edilir."
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov isə bildirib ki, "Oreşnik" sadəcə bir tədqiqat işinin adıdır və bu, yalnız bir kod adıdır. Onun sözlərinə görə, bu raketlər hələ kütləvi istehsala daxil edilməyib və Rusiyada məhdud sayda mövcuddur.
Musavat.com