EN

Gürcüstanın Baş naziri Avropa İttifaqının səfirini hədələdi

Aİ səfiri ritorikasını dəyişməsə və ölkənin daxili işlərinə qarışmağı dayandırmasa, Gürcüstan diplomatik tədbirlərlə hədələyir.

Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, Pavel Qerçinski uzun müddətdir müxalifətin lehinə və Gürcüstan hakimiyyətinin əleyhinə bəyanatlar verir ki, bu da Vyana Konvensiyasının pozulması deməkdir.

“Bir müddətdir ki, biz bütün bunlara reaksiya vermədik, amma hər şeyin öz həddi var. Əgər gələcəkdə davranış dəyişikliyi görməsək, o zaman həm Aİ səfirinə, həm də digərlərinə münasibətdə bu cür faktlara mütləq reaksiya verəcəyik”, – Baş nazir brifinqdə deyib.

Bu arada məlumat gəlib ki, Avropa İttifaqının xarici işlər nazirləri Gürcüstanla vizasız rejimin ləğvini müzakirə edəcəklər.

Gürcüstanla Aİ arasında böhran dərinləşir.

Chosen
29
moderator.az

1Sources