EN

BMT-də bir ilk: Türkiyə üzvü sədr müavini seçildi

İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Qida Standartları sessiyasında tarixdə ilk hadisə baş verib.

Türkiyəli üzv Betül Vazgeçer Qida Standartları Komissiyasının (Codex Alimentarius Komissiyası) sədr müavini seçilib.

"Cebheinfo.az" xəbər verir ki, Qərargahı Romada yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılmış Qida Standartları Komissiyasının 47-ci Sessiyası Cenevrədə davam edir.

Qida Standartları Komissiyası tarixində ilk dəfə olaraq Türkiyə nümayəndəsini sədr müavini seçib. Betül Vazgeçer BMT-nin Qida Standartları Komissiyasının sədr müavini olub.

Vazgeçer Kənd və Meşə Təsərrüfatı Nazirliyinin Qida və Nəzarət Baş İdarəsi Qida Müəssisələri və Kodeks İdarəsində çalışır.

BMT-nin Qida Standartları Komissiyası tarixində ilk dəfə olaraq bu vəzifəyə namizədliyi irəli sürülmüş Türkiyə nümayəndəsi 6 ölkə arasında keçirilən seçkidə sədr müavini vəzifəsinə layiq görülüb. Komissiyanın 188 üzvü var.

Türkiyə 1 oktyabr 1963-cü ildə Qida Standartları Komissiyasına üzv olub. 

Chosen
17
cebheinfo.az

1Sources