EN

Parlamentdə yeni təyinatlar

Milli Məclisin Məxfi sənədlərlə iş və Mülki hüquq qanunvericiliyi sektorlarına yeni müdir təyin edilib.
 
İxtisasca hüquqşünas olan İlahə  Turabova Milli Məclisin Məxfi sənədlərlə iş sektoruna təyinat alıb. 
 
O, 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin (FHN) Hüquq idarəsinin rəisi vəzifəsində çalışıb,  2024-cü ilin mayında bu vəzifədən azad edilib. Turabova "Dövlət qulluğunda fərqlənməyə görə" və "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib.

Parlamentin İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsinə isə Azər  Səmədov təyin edilib.

35 yaşlı Azər Səmədov Vəkillər Kollegiyasının 18 saylı vəkil bürosunun üzvü olub və vəkil fəaliyyəti ilə məşğul olub. 
 
Gülnar Nazimqızı


www.anews.az
Chosen
144
7
anews.az

10Sources