1989-cu ildə istifadəyə verilən 8,72 kilometr uzunluğunda olan Atlantik Yolu, üzərində 8 körpü olan kiçik adaların üstündən keçərək iki tərəfi birləşdirir. Avtosfer.az bildirir ki, Storseisundet körpüsü marşruta xüsusi gözəllik qatır. Bu xüsusiyyətlərinə görə Atlantik Yolu 2005-ci ildə Norveçdə əsrin tikintisi mükafatına layiq görülüb.
Atlantik Yolu Norveçin 64 nömrəli milli marşrutunun bir hissəsidir və Averoy adasını və Eide adasını birləşdirir. Yolun kəskin dönüşləri və vəhşi təbiətdən keçməsi onu "The Guardian"ın hazırladığı reytinqdə Himalay dağ yollarından keçən ən gözəl yol marşrutu seçib.
Könül