EN

Kurban Berdiyev: “Bu oyundan çox şey asılı idi”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Birinci hissədə mövqe oyunu oldu. Qol imkanları çox olmadı. Yalnız Otto Conun təkbətək epizodunu istisna etmək olar. Belə matçlarda birinci səhvə qədər oyun gedir. Təəssüf ki, o səhvi biz buraxdıq.

– Sizə elə gəlmir ki, artıq rəqiblər birinci dövrədən sonra sizinlə oyunlar üçün resept tapıblar?

– Xeyr. Mən belə düşünmürəm.

– Deyilənə görə, ən bəyəndiyiniz oyunçu Tural Bayramlı idi. Son vaxtlar onun oynamamasının səbəbi nədir?

– Komandada rəqabət var. Hücum qrupumuzda ciddi rəqabət hiss olunur.

– Artıq birinci və ikinci pillədən aralaşdınız. Onlara çatmaq çətin olmayacaq?

– Bəli, fərq çoxdur. Bu oyundan çox şey asılı idi. Qarşıda matçlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

– “Araz-Naxçıvan”ın əsas gücünü nədə görürsünüz? Əsasən qol buraxmadan bir qol vuraraq qalib gəlirlər…

– Yaxşı təşkilatlanmış komandadır. Müdafiədə yaxşı oynayırlar. Müdafiəyə ciddi fikir verirlər, ona görə də az qol buraxırlar.

Chosen
43
4
msport.az

5Sources