EN

Gürcülər bu gün də etiraz edir

Gürcüstanın paytaxtı Tbilisidə hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən parlament binası yaxınlığında toplaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Gürcüstan KİV məlumat yayıb.

Qeyd edilib ki, hazırda etirazçılar “Rustaveli” küçəsini bağlayıblar.

İştirakçılardan bəziləri etiraz əlaməti olaraq qanunverici orqanın əsas girişində qurulmuş metal baryerlərə zərbələr endiriblər.

Məlumata görə, Gürcüstan prezidenti Salome Zurabişvili bugünkü aksiyaya qoşularaq xalqa müraciət edəcək.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da ərazidədir.

Xatırladaq ki, Tbilisidə etirazlar noyabrın 28-də baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqları dayandırmasından sonra yenidən başlayıb.

Aksiya iştirakçıları “Qorqasali” küçəsində, “Gürcü arzusu”nun ofisinin yaxınlığında və “Rustaveli” prospektində, parlament binasının yaxınlığında toplaşıblar.

Daha sonra etiraz aksiyası parlament binası qarşısında birləşib, burada hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mitinq iştirakçıları arasında dəfələrlə gərginlik yaranıb.

Saat 2-dən sonra polis nümayişçilərə xəbərdarlıq edərək “Rustaveli” prospektindəki mitinqi yatırmağa başlayıb. Xüsusi təyinatlılar etirazçılara qarşı su şırnaqlarından və xüsusi texnikadan istifadə etmək məcburiyyətində qalıblar.

Chosen
22
14
qafqazinfo.az

10Sources