EN

Türkiyədə saxta içkidən 4 nəfər öldü - tutulanlar var - FOTO

Türkiyənin İstanbul şəhərində 12 nəfər saxta içkidən zəhərlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TRT haber" məlumat yayıb.

Bildirilib ki, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib.

Hadisənin ardınca saxta spirtli içki ticarəti ilə məşğul olduğu müəyyən edilən 12 nəfər saxlanılıb.

Axtarışlar zamanı 410 litr qablaşdırılmış etil və metil spirti, 165 şüşə qanunsuz spirt və onun istehsalında istifadə olunan maddə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
18
8
milli.az

10Sources