Türkiyənin Antalya şəhərində 4,8 bal gücündə zəlzələ baş verib. Manset.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, saat 22.13-də baş verən təkanların episentri Antalyanın Qazipaşa rayonu olub. Zəlzələ yerin 34,79 kilometr dərinliyində qeydə alınıb.