EN

Polşa Rusiya ilə sərhəddə istehkamların birinci hissəsinin tikintisini başa çatdırıb

Polşa Rusiya ilə sərhəddə istehkam xəttinin birinci hissəsinin quraşdırılmasını başa çatdırıb.

APA xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, söhbət Kalininqrad vilayəti ilə sərhəddə yerləşən Dombruvka kəndi yaxınlığındakı ərazidən gedir.

Məlumata görə noyabrın 30-da Baş nazir Donald Tusk “Şərq Qalxanı”nın tamamlanan birinci hissəsinə baş çəkəcək.

Chosen
25
1
apa.az

2Sources