EN

“Old Trafford”da oyun zamanı ölü siçovul tapıldı

“Mançester Yunayted” Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Old Trafford”da qarşılaşdığı “Bodo Qlimt”ə 3:2 hesabıyla qalib gəlib.

Arena.az məlumat verir ki, “qırmızı şeytanlar”ın azarkeşlərindən biri sosial şəbəkələrdə, çox da xoş olmayan bir şəkil paylaşıb.

Azarkeş bu oyun zamanı stadionun oturacağının altında ölü siçovul tapıb. O, sosial şəbəkələrdə paylaşdığı bu mənzərənin şəklini istehza ilə şərh edib:

“Mançester Yunayted”, yəqin ölü heyvanlar da daxil olmaqla, 66 funt-sterlinqə hamını stadiona buraxır”, – azarkeş dərc edib.

Hadisəni araşdırmış “Goal” portalı öyrənib ki, “Mançester Yunayted” klubunun ərazisində zərərvericilərə qarşı mübarizə aparmaq üçün müvafiq xidmətləri göstərən şirkətlə müqavilə bağlayıb. Amma “Old Trafford” gəmiriciləri cəlb edən dəmir yolu xətti ilə kanal arasında yerləşir ki, bu da onlara qarşı mübarizəni çətinləşdirir. Bundan əlavə, hava daha da soyuduğundan, siçovullar daha isti yerlər tapmağa çalışırlar və stadiona doluşurlar.

Xatırladaq ki, bu ilk belə hal deyil. Əvvəlki illərdə “Old Trafford”un ot örtüyü üzərində oyun zamanı kiçik siçanın atılıb-düşdüyü canlı yayımlanmışdı.

Chosen
26
arena.az

1Sources