EN

4 yaşlı uşaq anasının noutbukundan 2000 dollarlıq dondurma sifariş etdi

ABŞ-da dörd yaşlı uşaq anasının noutbukundan 2000 dollar dəyərində dondurma sifariş edib.

Azreform.info Qaynarinfo istinadən xəbər verir ki, dörd yaşlı oğlunun "51" rəqəmini təkrar-təkrar səsləndirməsi Bruklindən olan Cenifer adlı qadın üçün əvvəldə heç bir məna daşımayıb. Lakin daha sonra məlum olub ki, uşaq məhz 51 qutu meyvəli dondurma sifariş verib.

Qadın bildirib ki, bu məbləğ çoxuşaqlı ailə üçün bir dəfəyə ödəmək üçün çox böyükdür.

Sifarişi həyata keçirən satıcı pulları geri qaytarmaqdan imtina edib. Nəticədə, Ceniferin dostu qadına kömək məqsədilə sosial şəbəkələrdə xeyriyyə aksiyası təşkil edib. İnsanların dəstəyi sayəsində 25 min dollar toplanıb. Cenifer bu vəsaitin oğlunun təhsili üçün xərclənəcəyini bildirib.
 

Chosen
8
5
azreform.info

6Sources