"Kəpəz"in yarımmüdafiəçisi Mahamadu Ba Premyer Liqanın 14-cü turunda "Araz-Naxçıvan"a məğlubiyyətdən sonra Sportinfo.az-a açıqlama verib:
"Çox çətin oyun keçdi. Bir çox qol fürsətlərini əldən verdik. Məncə, ümumi olaraq "Araz"dan pis çıxış etmədik. Təəssüf ki, nəticə ürəkaçan olmadı".
Qərb təmsilçisini qarşıda "Şamaxı" ilə daha vacib qarşılaşma gözləyir. Premyer Liqada qalmaq uğurunda mübarizə aparan Gəncə təmsilçisi üçün qələbə hava-su kimi lazımdır.
"Şirlər"lə matç barədə də danışan malili legioner meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib:
"Şamaxı" ilə görüşə özümü hazır hiss edirəm. Bütün komanda olaraq qalib gəlmək istəyirik. Futboldur, istənilən nəticə qeydə alına bilər. Amma məqsədimiz yalnız qələbədir".
XANOĞLAN