EN

"Qarabağ"ın oyunu xoşuma gəldi” - Gürcüstanlı hücumçu

“Birinci hissədə bizə bir az çətin oldu.

İkinci yarıda baş məşqçi oyun üslubunu dəyişdi.

Bunun faydasını meydanda gördük. Beləcə, daha çox qol vurduq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Lion”un hücumçusu Jorj Mikuatadze deyib.

Avropa Liqasının 5-ci turu çərçivəsində baş tutan “Qarabağ”la oyunu (1:4) dəyərləndirən gürcü qazanılan qələbənin onlar üçün əhəmiyyətli olduğunu bildirib:

“Bakıya 3 xal üçün gəlmişdik. Bizim üçün önəmli olan oyun ərzində çoxsaylı qollar vurmaq yox, qələbə qazanmaq idi”.

Avro-2024-ün bombardirlərindən biri olan Mikuatadze Ağdam təmsilçisinin ünvanına xoş sözlər səsləndirib:

“Qarabağ” çox yaxşı komandadır. Onların bu gün qol vurmaq üçün çox şansı oldu.

Xoşbəxtlikdən ələ keçirdikləri fürsətlərdən istifadə edə bilmədilər. Biz daha çox qol vurduq. "Qarabağ"ın oyunu xoşuma gəldi”.

Gürcüstan millisinin üzvü Bakı şəhəri haqda da təəssüratlarını bölüşüb:

“Bakıda olduğumuz müddətdə şəhəri gəzmək imkanım oldu. Paytaxtınız çox xoşuma gəldi.

Gözəl şəhəriniz var. İstirahət üçün bir gün mütləq bura qayıdacam”.

Chosen
45
sportinfo.az

1Sources