Olaylar xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, mərc oyunlarının yaratdığı problemlər yalnız maliyyə itkiləri ilə məhdudlaşmır. Bu vərdiş tələbələrin dərslərə diqqətini yayındırır, onları psixoloji və emosional stressə salır, hətta bəzən cinayətə və ya intihara doğru aparan yol açır. Universitetlərə yaxın olan mərc oyun mərkəzləri tələbələri bu təhlükəyə daha asan hədəf edir.
"Bu problemin həlli üçün universitetlər və dövlət orqanları dərhal tədbirlər görməlidir. Mərc oyunları mərkəzlərinin universitetlərdən uzaqlaşdırılması, tələbələr üçün maliyyə maarifləndirilməsi proqramlarının təşkil edilməsi və alternativ idman və mədəni fəaliyyətlərə şərait yaradılması vacibdir. Valideynlər və müəllimlər də bu məsələdə şagirdləri maarifləndirməli və diqqətli olmalıdırlar.
Unutmaq olmaz ki, tələbələrin həyatını mərc oyunlarının tələsindən qorumaq yalnız fərdi məsələ deyil, cəmiyyətin inkişafı üçün vacib bir addımdır. Bu gün tələbələrimizi bu təhlükədən qorumağa başlamasaq, sabah onların itirilmiş həyatına şahid olmağı qismət bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31