EN

"NATO-nun 100 min əsgəri Ukraynaya yeridiləcək" - Rusiya kəşfiyyatı

"NATO Ukraynanı işğal edəcək və onun ərazilərini bir neçə ölkə arasında bölüşdürəcək..."
 
Qərb ölkələri Ukraynaya 100 min sülhməramlı yeritməyi planlaşdırır, ABŞ isə Ukraynaya səfərbərlik yaşını aşağı salmağa çağırış edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat verib.
 
Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, NATO, guya, "Rusiyaya strateji zərbə endirmək perspektivinin aydın şəkildə olmaması" fonunda hərbi əməliyyatları dondurmaq və Ukraynanı "revanşa " hazırlamaq niyyətindədir. 
 
Plana görə, döyüş əməliyyatlarının dayandırılması zamanı təxminən bir milyon səfərbər edilən ukraynalı Alyansın Ukraynada tədris-məşq mərkəzlərində təlim keçəcək.
 
NATO həmçinin bu müddət ərzində Ukraynanın hərbi-sənaye kompleksini bərpa etmək fikrindədir və hazırda Qərbin, o cümlədən "Rheinmetall" daxil olmaqla, hərbi-sənaye şirkətlərilə fəal iş aparılır.
 
Sülhməramlıların yeridilməsinə gəldikdə, kəşfiyyatın mətbuat xidməti yazır ki, beləliklə NATO, guya, ölkəni işğal edəcək, onun əraziləri Rumıniya (Qara dəniz sahili), Polşa (qərb vilayətləri), Almaniya (mərkəzi və şərqi vilayətlər) və Böyük Britaniya (şimal vilayətləri, o cümlədən Kiyev regionu) arasında bölünəcək.
 
Ukrayna Rusiyanın uydurmalarını hələlik şərh etməyib. Eyni zamanda, ABŞ prezidenti Co Bayden administrasiyası Ukrayna hakimiyyətinə təcili olaraq vətəndaşları 25 yaşdan deyil, 18 yaşdan səfərbər etməyə çağırış edib.
 
Bayden administrasiyasının yüksək vəzifəli məmuru anonimlik şərtilə "Associated Press" agetyliyinə məlumat verib ki, Ukraynada sırf riyazi vəziyyət ondan ibarətdir ki, onun daha çox qoşunlara ehtiyacı var.
 
Mənbənin sözlərinə görə, hal-hazırda Ukrayna döyüş meydanında itkilərini bərpa etmək və Rusiyanın artan ordusu ilə ayaqlaşmaq üçün kifayət qədər əsgər səfərbər edib hazırlamır.
 
Vəziyyəti pisləşdirən həm də odur ki, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək üçün əlavə 100 min əsgər göndərə bilər. Mənbələrin məlumatına görə, Şimali Koreya hərbçilərinin göndərilməsi, böyük ehtimalla, zamanla qoşunların hissə-hissə rotasiyası ilə həyata keçiriləcək.
 
Ukraynananın Cənubi Koreyada səfiri bu ay vəziyyətə analoji qiymət verib. Dmitri Ponomarenko deyib ki, Kiyev Rusiyanın Kursk vilayətinə və mümkündür ki, şərqi Ukraynanın işğal edilmiş ərazilərinə 15 min Şimali Koreya əsgərlərinin göndəriləcəyini gözləyir və onlar bir neçə ay rotasiya ediləcək.
Chosen
39
50
moderator.az

10Sources