EN

Serj Sarqsyanın diplomat kürəkəninin məhkəməsi başlayır

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni, bu ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyan barəsində qiyabi məhkəmə prosesi keçiriləcək.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, müvafiq vəsatət ötən gün məhkəməyə təmin edilib.

Prokurorun qərarı ilə 2023-cü ilin avqustunda M.Minasyana qarşı cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamı ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Minasyan 2008-2012-ci illərdə Prezident Administrasiyası rəhbərinin birinci müavini, 2013-2018-ci illərdə Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışıb. Hazırda bir sıra digər ittihamlarla axtarışa verilib.

"Cebheinfo.az"

Chosen
15
1
cebheinfo.az

2Sources