Bu gün Suriya hakimiyyəti Hələb hava limanına, eləcə də şəhərə daxil olan bütün yolları bağlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters üç hərbi mənbəyə istinadla məlumat yayıb.
Agentlik bildirib ki, Əsədin əsas müttəfiqlərindən biri olan Rusiya İslamçıların qarşısını almaq üçün Dəməşqə əlavə hərbi yardım vəd edib. Texnikanın yaxın 72 saat ərzində gəlməsi gözlənilir.
Məlumatda o da bildirilir ki, Suriya ordusuna şəhərin əsas rayonlarından, islamçıların daxil olduğu ərazilərdən "təhlükəsiz çəkilmək" əmri verilib.
Rəna Cumaqızı , Bizim.Media