EN

Suriyadakı qarşıdurmanın arxasında bu ölkələr durur – Türkiyə

“Heyət Təhrir əl-Şam” yaraqlılarının (HTS) Suriyanın Hələb əyalətinə hücumu ABŞ və İsrail təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazıb.

“İsrail Hizbullaha qarşı mübarizədə uğursuzluğa düçar olanda və atəşkəs qüvvəyə minəndə HTŞ qoşunları hərəkətə keçdi. Onlar xüsusilə Hizbullah üçün kritik marşrut olan Hələbi ələ keçirmək istəyirlər”, – KİV aydınlaşdırıb.

Nəşrə görə, silahlılar ABŞ və İsrailin maraqlarından çıxış edirlər.

“Vaşinqton məhz İDF-nin Hizbullaha qarşı mübarizədə uğursuzluğa düçar olduğu bir vaxtda “oynamağa başlayır”. Amerika tərəfinin məqsədi Hələb ətrafındakı bölgəni ələ keçirməkdir, çünki bu ərazidə məzhəblərarası qarşıdurmaların qızışdırılması Hizbullahın arxa cəbhəsinə zərər verəcək”.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.

Chosen
44
1
konkret.az

2Sources