EN

Dünənki mitinqə görə məsuliyyət müəyyən Avropa siyasətçiləri və bürokratlarının üzərinə düşür - Kobaxidze

Bakı. Trend:

Gürcüstanda dünənki mitinqə görə məsuliyyət müəyyən Avropasiyasətçiləri və bürokratlarının üzərinə düşür.

Trend GürcüstanKİV-lərinə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziriİrakli Kobaxidze deyib.

"Artıq üçüncü ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nailola bilməyən bəzi avropalı siyasətçilər və bürokratlar davamlıolaraq namizəd statusundan və danışıqlara başlamaq məsələsindənölkəni zəiflətmək, təxribat yaratmaq, cəmiyyətin qütbləşməsi vəsüni şəkildə parçalanması üçün istifadə etməyə çalışırlar", - obildirib.

Onun sözlərinə görə, dünən hər şey hamıya aydın oldu.

"Sadəcə olaraq, radikallar və onların xarici himayədarları hərzaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçünbəhanə tapmağa çalışırlar. Onlar hələ dərk etməyiblər ki, 2013-cüildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü təsisatları və ənəsası təcrübəli və müdrik insanları olan, gücünü heç kimin sarsıdabilməyəcəyi müstəqil dövlətdir", - o əlavə edib.

Qeyd edək ki, 29-30 oktyabr tarixlərində Tbilisidə baş tutanetiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb. Etirazçılarpaytaxtın Rustaveli prospektində keçirilən aksiyada ictimai asayişipozaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar– daş, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalaratıblar.

Hadisələr nəticəsində 10 polis əməkdaşı müxtəlif dərəcəli bədənxəsarətləri alıb.

Məqalədə:
Chosen
29
4
az.trend.az

5Sources