EN

Putin Əsədə kömək vəd edib - Rus təyyarələri Hələbi bombalamağa başlayıb

Suriya hakimiyyəti Hələb hava limanını, eləcə də üsyançılar şəhərə çatdığı üçün şəhərə gedən bütün yolları bağlayıb

“AzPolitika”xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Xəbər verildiyi kimi, “Təhrir əl-Şam” qruplaşmasının başçılıq etdiyi müxalif döyüşçülər bu həftə hökumətin nəzarətində olan şəhərlərdə gözlənilməz hücum əməliyyatları həyata keçiriblər və 2016-cı ildə Bəşər Əsədin Rusiyanın köməyilə şəhərə nəzarəti ələ keçirməsindən on il sonra Hələbə geri qayıdıblar.

Rusiya üsyançıların qarşısını almaq üçün Dəməşqə daha çox hərbi yardım vəd edib. Mənbələr yeni texnikanın yaxın 72 saat ərzində gəlməyə başlayacağını bildirib.

Nəşr həmçinin yazır ki, Suriya ordusu üsyançıların daxil olduğu şəhərin əsas bölgələrindən “qoşunların təhlükəsiz çıxarılması” əmri alıb. Xəbərdə deyilir ki, Rusiya təyyarələri 2016-cı ildən bu yana on minlərlə dinc sakinin qətlinə səbəb olan bombardmanları 10 ildən sonra bərpa ediblər. Rus təyyarləri Hələbi bombalamağa başlayıblar.

Üsyançıların komandiri Mustafa Əbdül Cabir deyib ki, onların sürətlə irəliləməsinə İran tərəfindən dəstəklənən canlı qüvvənin çatışmazlığı kömək edib. Müxalifət döyüşçüləri bildiriblər ki, bu kampaniya Rusiya və Suriya Hərbi Hava Qüvvələrinin son həftələrdə üsyançıların nəzarətində olan İdlibdə dinc sakinlərə qarşı artan hücumlarına cavab, həmçinin Suriya ordusunun hər hansı hücumunun qarşısını almaq cəhdidir.

Türkiyə kəşfiyyatı ilə əlaqəsi olan müxalifət mənbələri isə üsyançıları dəstəkləyən Ankaranın hücuma yaşıl işıq yandırdığını bildirib.

“AzPolitika.info”

Chosen
12
26
azpolitika.info

10Sources