"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, komandasının qələbəsini şərh edib: "Maraqlı oyun alındı. Penaltini dəqiq yerinə bilmədik. Rəqibin nə qədər döyüşkən komanda olduğunu bilirdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. Sarı vərəqə limitini dolduran, zədəli futbolçuları vardı. Maksimum şəkildə bundan yararlanmağa çalışdıq. Uşaqlara söyləmişdim ki, çəkinmək lazım deyil. Futbolçulara minnətdaram, döyüşdülər və səfərdə qələbə qazandıq".