EN

Ayxan Abbasovdan “istefa” şüarlarına MÜNASİBƏT

"Bu matçın çox stressli olacağını bilirdik. Üzücü məğlubiyyət aldıq".

İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XV turunun "Kəpəz"lə ev oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, autsayderlə oyunda aldıqları 0:1 hesablı məğlubiyyətə şərh verib: "Komandanl oyuna kökləməyə çalışdıq. Futbolçular çalışsalar da, təəssüf ki, sonluğu qoya bilmirik. Bugünkü qarşılaşmada kim səhv edəcəkdisə, o da uduzacaqdı. Təəssüflənirəm. Amma toparlanmaq lazımdır. İkinci dövrə bizim üçün yaxşı alınmır. Lakin qış fasiləsinə kimi xallar toplamaq şansımız qalıb. Çətinliklər olmalıdır və olacaq. Buna hazır idik. Bəlkə də qapısına də ən çox penalti təyin olunan komanda "Şamaxı"dır. Bu, əlbəttə ki, diqqətsizliklə bağlıdır. Bu matçdakı penalti rəqibin bir şansı idi".

Abbasov ardıcıl uğursuzluqladan sonra azarkeşlərin "istefa" şüarları səsləndirməsinə də münasibət bildirib: "Azarkeşlər üzülür. Əgər biz hesabımızdakı xalları 1-ci deyil, 2-ci dövrədə toplasaydıq, hamını qane edəcəkdi. İlk 9 turda çox xal toplamaqla gözləntiləri artırdıq. Amma zədələr və cəzalar nəticələrə təsir edir. Hədəfimiz bəllidir. Sonadək mübarizə aparmalıyıq. Luis Paçu bəyəndiyim hücumçudur. Biz büdcəmizə uyğun transferlər etmişdik. Amma qışa qədər dözməliyik. Onda bəzi dəyişikliklər edə bilərik. İlkin Muradovla söhbətimiz oldu. Əgər xarakterlərimiz düz gəlmirsə, davam etmək doğru deyil".

Qeyd edək ki, "Şamaxı" son 8 oyunda 2 xal toplayıb.

Chosen
7
1
day.az

2Sources