"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 15-ci turunda öz meydanlarında "Kəpəz"ə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib: "Üzücü məğlubiyyət oldu. Bilirdik ki, oyun çox stressli olacaq. Çalışdıq ki, futbolçuları matça kökləyək. Oyun baxımından oyunçular çalışır, istəklidirlər. Təəssüf ki, sonluğu qoya bilmirik.
Qışa qədər istədiyimiz xalı yığmağa hələ də şansımız var. Xal baxımından irəlidəyik. Çətinlik olmalıdır, olacaq da. Buna hazır olmalıydıq. Bilirdik, bizi nələr gözləyir. Toparlanıb, gələcək oyunlara hazırlaşacağıq. Xal qazanmaq ehtiyacımız var. İnşallah, bunun da öhdəsindən gələcəyik".