EN

Azər Bağırov: “Motivasiya baxımından problemimiz yoxdur”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Öncə “Turan Tovuz”un əməkdaşı İman Həsənova şəfa diləyirəm. Maraqlı oyun alındı. Penaltini yerinə yetirə bilmədik. “Şamaxı”nın döyüşkən komanda olduğunu bilirdik. Səfər oyunu olmasına baxmayaraq, uşaqlar rəqibdən çəkinmədilər. Futbolçularım döyüşdülər və qələbə qazandıq. Artıq 7-ci oyundur ki, komanda mübarizə aparır, yaxşı oynayır. Motivasiya baxımından heç bir problemimiz yoxdur. Sadəcə, konsentrasiya itməməlidir. Oyun paltardəyişmə otağında bitir. Ən önəmli olan şey odur ki, son saniyəyə kimi vuruşmalısan. Qələbə əziyyətlə gəlir”.

Azər Bağırov “Kəpəz”in əsas hücumçularından olan Orxan Əliyevin ehtiyatda qalmasına da münasibət bildirib:

“Taktiki dəyişiklik idi. Kərim Lkuça rəqibi daha çox üzərinə çəkirdi və cinahlarımız üçün yol açılırdı. Birinci hissədə böyük problem görünmürdü. İkinci yarıda döyüşkənliyi artırmaq istədik. Rəqib döyüşürsə, sən ağlllı oynamaqla nəsə edə bilməzsən, sən də döyüşməlisən. Uşaqlar ikinci hissəni daha yaxı keçirdilər. Futbolçular məşqlərdə penaltilərin üzərində işləyir. Əsas penalti vuranlarımız Luis Paçu ilə Orxan Əliyevdir”.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Üzücü məğlubiyyət oldu. Oyunun çox stressli olacağını bilirdik. Futbolçuları matça kökləməyə çalışdıq. Uşaqlar çalışırlar. Təəssüf ki, sonluğu gətirə bilmirik. Bu gün kim səhv edəcəkdisə, o da məğlub olacaqdı. Təəssüflənirəm. Toparlanmaq lazımdır. İkinci dövrə bizim üçün yaxşı keçmir. Amma qışa qədər xallar toplamaq şansımız var. Çətinliklər olmalıdır, olacaq da. Buna hazır idik. Gələcək oyunlara hazırlaşacağıq.

Bəlkə qapısına də ən çox penalti təyin olunan komanda bizik. Əlbəttə, bu, həm də diqqətsizliklə bağlıdır. Bu penalti rəqibin şansı idi.

Əgər biz bu xalları bir dövrədə yox, iki dövrədə yığsaydıq, hər kəsi qane edəcəkdi. Birinci dövrədə çox xal toplamaqla gözləntiləri yüksəltdik. Zədələr, cəzalar da nəticələrə təsir edir. Hədəf bəllidir. Sona qədər mübarizə aparmaq lazımdır”.

Chosen
35
arena.az

1Sources