EN

Nazirlik daha bir partiya ilə bağlı məhkəməyə MÜRACİƏT ETDİ

Ədliyyə Nazirliyi daha bir partiyanın ləğv edilməsi üçün məhkəməyə müraciət edib.

 

Hokm.az-ın “Elektron Məhkəmə Poratlı”ndan əldə etdiyi məlumata görə, Nazirlik Azadlıq Partiyasının ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

 

İşə hakim Ceyhun Məmmədovun sədrliyi ilə baxılacaq. Şifahi məhkəmə baxışı dekabrın 5-nə təyin edilib.

 

Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə yaradılıb, sədri Əhməd Orucdur. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.

 

Xatırladaq ki, bundan əvvəl Azad Demokratlar Partiyasının ləğvi üçün məhkəməyə müraciət edilib.

Chosen
20
2
hokm.az

3Sources