EN

Vaqif Cavadov: "Komandanın oyunundan razıyam"

"Sumqayıt" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Zirə"yə 1:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə gördük. Pis komandaya qarşı oynamadıq. “Zirə” çox yaxşı mübarizə apardı. Bilirdik ki, çətin oyun olacaq. Onlara hörmətlə yanaşırdıq. Amma bizə vurulan qollar bəlkə də çempionatı götürsək, hədiyyə olunan qollar idi. Bəziləri deyər ki, rəqib məcbur etdi. Amma fərdi səhvlərimiz bu qollara gətirib çıxardı. Komandanın oyunundan razıyam. İlk hissədən tam razıyam. Yaxşı oyun oynadıq. Futboldur. Rəqib səhvlərimizdən istifadə etdi. Onları təbrik edirəm. Hər şey qaydasındadır. Futbolçularıma təşəkkür edirəm. Səhvlər olur, işləyəcəyik. 

- İkinci hissədə nə dəyişdi ki, komanda çox asan qollar buraxdı?

- 60-70-ci dəqiqədə olsaydı, fiziki güclə əlaqələndirərdim. Futbolçular səhv etdi, qollar buraxdıq. Səhvlər ola bilər, gənclərimiz də çoxdur. Kiminsə üstünə atmağım heç vaxt olmayıb. Komanda kimi uduzmuşuq. 

- Səhv etmirəmsə, Sərtan Taşkına əsəbiləşdiz, hətta onu əvəz etmək istəyirdiz...

- Futbolda emosiyalar olur. Sərtan komandada dəyər verdiyim oyunçulardandır. Gəncdir. Öz səhvini bilir. Heç bir futbolçu ilə konfliktim olmayıb, olmayacaq da. Bu bir daha təkrarlanmayacaq. 

- Fasilədə komandaya ruh yüksəkliyi verdiz?

- İstəyimiz qələbə qazanmaq idi. İkinci hissə başlayanda da düşüncəmiz qalib gəlmək, pressinq etmək idi. Səhvlərimiz 70-ci dəqiqədə olsaydı, deyərdim yorulduq. Amma ikinci hissə başlayanda oldu. Komanda 1:3 uduzurdu, futbolçularda ruh düşkünlüyü var idi. Hesabı dəyişmək çətin idi. Normaldır. İnanıram ki, bu səhvləri növbəti oyunlarda etməyəcəyik. 

- Arxayınlıq var idi?

- Nəyin arxayınlığı? Heç bir arxayınlıqdan söhbət gedə bilməzdi. Hər oyunda vuruşacağıq. Burada arxayınlıq ola bilməz.

Mirbağırağa

saytlarin hazirlanmasi

Chosen
38
2
sportal.az

6Sources