EN

Fransalı azarkeş Respublika stadionunda nəyə təəccüblənib?

“Lion” Bakı səfərində “Qarabağ”ı üstələdi.

Soyuq və yağışlı hava şəraitinə baxmayaraq, təmsilçimizi dəstəkləmək üçün Tofiq Bəhramov adına Respublika stadionunun yolunu 20 mindən artıq azarkeş tutmuşdu.

Qonaqlar üçün ayrılmış sektorda isə Fransadan gələn tərəfdarlar “qırmızı-göylər”i dəstəkləyirdi.

Qonaq azarkeşlərdən biri Respublika stadionunda gördüyü mənzərəyə təəccüblənib.

Həmin fanatın diqqətini çəkən çox sayda polis və hərbçinin azarkeşləri qoruması olub.

Azarkeş “Lion”un rəsmi “instagram” səhifəsində qələbəylə bağlı paylaşıma bu sözləri yazıb:

“30 azarkeş 40 nəfərlik polis və hərbçinin əhatəsində idi”.

Qonağın şahidi olduğu mənzərədən razı, yoxsa narazı qaldığını müəyyən etməkdə çətinlik çəksək də, azərbaycanlı sosial şəbəkə istifadəçilərindən biri fransız fanatın şərhinə bu şəkildə cavab verib:

“Azərbaycandakı oyunlarda polislər çox olur. Həm rəqib azarkeşləri qorumaq, həm də onlara nəzarət etmək üçün”.

Noyabrın 28-də baş tutan oyunda “Lion” “köhlən atlar”ı 4:1 hesabı ilə məğlub edib.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
47
sportinfo.az

1Sources