EN

Gürcüstanda mitinq iştirakçıları parlament binasının pəncələrini sındırıblar - DİN

Bakı. Trend:

Tbilisidə hökumət əleyhinə aksiya iştirakçıları parlamentbinasının pəncərə şüşələrini sındıraraq daş atıblar.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlərNazirliyi xəbər verib.

"İctimaiyyətin nəzərinə çatdırırıq ki, mitinq başlayandan dərhalsonra etirazçılardan bəziləri zorakılığa əl atıb. O cümlədən,parlament binasının hasarları zədələnib, fasadındakı onlarlapəncərə şüşəsi daş və digər əşyalarla sındırılıb", - deyə qeydolunub.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin məlumatına əsasən,aksiya iştirakçılarından bəzilərinin üzərindən pirotexnikivasitələr, daşlar və ağır əşyalar aşkar edilib. “Biz bir dahaaksiyanın bütün iştirakçılarını qanunsuz hərəkətlərdən qaçaraq öznarazılıqlarını qanuni və sülh yolu ilə bildirməyə çağırırıq”, -deyə nazirlik vurğulayıb.

Chosen
25
3
az.trend.az

4Sources