"BRİCS ölkələri vahid valyuta və dollara alternativ pul vahidi yaratmaq fikrindən imtina etməlidir, yoxsa ABŞ-la ticarətdə 100%-lik gömrük rüsumları ilə qarşılaşacaqlar".
Mia.az xəbər verir ki, bu təhdidi ABŞ-ın yeni prezidenti Donald Tramp sosial media heabında yazıb.
O daha sonra belə davam edib: "Biz bu ölkələrdən nə yeni bir BRİCS pul vahidi, nə də güclü ABŞ dollarının yerini tutacaq başqa pul vahidini dəstəkləyəcəklərinə dair təəhhüd gözləyirik. Əks təqdirdə, 100%-lik gömrük vergisiylə qarşı-qarşıya qalacaqlar və möhtəşəm ABŞ iqtisadiyyatına satışlardan vaz keçmələri lazım gələcək. Gedib başqa bir axmaq tapsınlar!
BRİCS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil, buna cəhd edən hər hansı ölkə ABŞ-la əlaqələrə əlvida deməlidir".
Lamiyə
MİA.AZ