Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu britaniyalı Tayson Fyuri və bu çəkidə WBC, WBA və WBO titullarının hazırkı sahibi ukraynalı Aleksandr Usik dekabrın 21-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək revanş görüşü üçün böyük qonorar alacaqlar.
seher.media xəbər verir ki, bu barədə "The Sportster" məlumat yayıb.
Məlumata görə, mükafat fondu 190 milyon dollar təşkil edəcək.
Xatırladaq ki, bu boksçular arasında ilk döyüş 2024-cü ilin mayında baş tutub və burada Usik 12 raundluq qarşıdurmadan sonra hakimlərin səs çoxluğu ilə Fyurini məğlub edərək çempionluq titullarını qazanıb.