Albaniya çempionatında 15-ci turun görüşləri keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" doğma meydanda "Elbasani"ni qəbul edib.
Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq Əliyev də bu oyunun iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb. O, 67-ci dəqiqədə əvəzlənib.
Xallarını 26-ya yüksəldən "Eqnatia" turnir cədvəlinin 2-i pilləsində qərarlaşıb