EN

Bu ölkənin yığmasının forvardının Azərbaycan klubuna transferi ilə bağlı AÇIQLAMA

«Biz bu futbolçu ilə danışıqlar aparmamışıq».

«Turan Tovuz»un idman və marketinq üzrə direktoru Səməd Nəsibov Sportinfo.az-a açıqlamasında belə deyib.

“Adana Dəmirspor”un və Qazaxıstan millisinin hücumçusu Abat Aymbetov karyerasını Azərbaycanda davam etdirə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Bu iddia ilə “vesti.kz” portalı çıxış edib.

Qazax həmkarlarımızın yazdığına görə, Kurban Berdıyev forvardı “Turan-Tovuz”a gətirmək istəyir.

Məlumatda qeyd olunur ki, Tovuz təmsilçisinin çalışdırıcısı 29 yaşlı hücumçunu bu payızda sərəncamında görmək istəsə də, sonradan “transfer pəncərəsi” başa çatana qədər müqavilə bağlana bilməyib: Ola bilsin ki, “Turan Tovuz” qarşıdakı qışda bu məsələni həll etsin”

Aymbetovun “Adana Demirspor”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Berdiyev onu Qazaxıstanda - “Kayrat“da işlədiyi dönəmdən yaxşı tanıyır.

Adana klubu futbolçu qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmir. Qazaxıstanlı bir neçə aydır maaş almır.

Odur ki, Aymetovun FİFA-ya şikayət etməsi gündəmdədir. “Adana Demirspor” isə legionerini heç bir ödəmə istəmədən buraxmağa hazırdır. Təki o, alacaqlarından imtina etsin.

S.Nəsibov bildirib ki, Abatın transferi gündəmdə deyil:

«O, bizə təklif olunan futbolçuların siyahısında yer almayıb. Kurban Berdiyev də onunla bağlı bizə heç nə söyləməyib.

Bu, sadəcə, mətbatun yaydığı transfer iddiasıdır. Ortalıq real heç nə yoxdur».

Chosen
21
sportinfo.az

1Sources