EN

Azərbaycanda quş əti BAHALAŞDI - SƏBƏB

Azərbaycanda quş əti bahalaşıb. Bu da təbii olaraq alıcıların narazılığına səbəb olub. Satıcılar isə ya qiymət artımının olmadığını, ya da cüzi məbləği əhatə etdiyini deyirlər.

QAZÍLER.AZ  Milli.Az-a istinaden xəbər verir ki, alıcılara əvvəllər 17 manata aldıqları hinquşka əti indi 19-20 manata təklif olunur. Ən çox artım isə toyuq ətində müşahidə edilir.

Bəs quş ətinin qiyməti niyə artıb?

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, keçən illə müqayisədə bu il qiymətlərdə artım intensiv şəkildə davam edir.

"Azərbaycanda 2023-cü ildə toyuq məhsullarında 14 faiz artım var idisə, bu rəqəm 2024-cü ildə də artımın davam etdiyini göstərir. Son 12 ayda ət və ət məhsulları bazarında qiymət artımı 4.4 faiz olub. Təkcə sentyabr ayında oktyabr ayı ilə müqayisədə 1.2 faiz artım baş verib".

Quş əti və yumurta istehsalçıları assosiasiyasının idarə heyətinin sədri Mürvət Həsənli bildirib ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var.

"Xüsusilə, quş ətinin kütləvi şəkildə istehsal olunmaması, bahalaşmaya təsir edən əsas amillərdən biridir".

Chosen
11
4
qaziler.az

10Sources