EN

Paytaxtın üç küçəsində qaz təchizatında fasilə yaranacaq

Bakı şəhəri Nərimanov rayonunun üç küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 02.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Həsənoğlu, Təbriz və K.Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Müəllif: Teleqraf.com
Chosen
6
50
teleqraf.com

10Sources