EN

Xarici təlimatçılarla üz-üzə qalmışıq kobaxidze

Görünür, xarici təlimatçılarla üz-üzə qalmışıq.

Xezerxeber.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidəki etiraz aksiyalarında saxlanılan əcnəbi şəxslər barədə danışarkən bildirib.

“Dünən Böyük Britaniya vətəndaşı saxlanıldı, o, qanunsuz olaraq parlament binasına daxil olmuşdu. Görünür, xarici təlimatçılarla üz-üzə qalırıq, onlar zorakılıq qruplarına rəhbərlik edirlər. Amma əvvəlcədən nəsə demək istəmirəm, bu, təhqiqatçılara aid məsələdir”, - Baş nazir qeyd edib.

Qeyd edək ki, Tbilisidəki etiraz aksiyalarında 10 nəfər əcnəbinin saxlanıldığı bildirilib. Onların arasında Rusiya, Belarus və ABŞ vətəndaşları da var.

Chosen
42
6
xezerxeber.az

7Sources