EN

Bacısı ilk dəfə Aygün Bəylərin vəsiyyətini açıqladı

"Çadır toyuna gedib, necə oxuyubsa, görüb halı yoxdur. Ciyərləri ağrıyıb, səhəri həkimə yollanıb. Analiz, yoxlanış, qan, bütün metastaz görünüb. 2020-ci ildə 48 kiloqram olmuşdu. Biz xəstəliyini bilmirdik, gizlədib. Bir dostundan öyrəndik. Bacımla xəstəxanaya getdik, həkim soruşdu bacısısınız? Haradasınız, niyə gəlmirsiniz? Dedik, bilmirdik. İl yarım müalicə ilə qaldı. Ağrıları dəhşət olurdu".

Axşam.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Həftənin qonağı" verilişində deyib. O, xanəndənin xəstəliyindən danışıb. Zümrüd bildirib ki, A.Bəylər xəstəliyi ərəfəsində çox ağır günlər yaşayıb: 

"Konsertdə rəngi sarı, boğuq idi. Sən demə, zəhər bütün bədəninə keçib. Qanı zəhərlənib. Bizi arxayın edirdi ki, yaşayıram, ölməyəcəyəm. Qızı ilə öz evində qalırdı".

Zümrüd bacısının son vəsiyyətini açıqlayıb:

Chosen
250
18
demokrat.az

10Sources