Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa kubokunun 2024/2025 mövsümündə növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, təmsilçimiz turnirin 3-cü mərhələsi çərçivəsində İslandiyanın “Haukar” klubu ilə cavab görüşündə üz-üzə gəlib.
“Kür” Olimpiya İdman-Tədris Mərkəzində ötən gün baş tutan ilk qarşılaşmada rəqib meydan sahibi olmuşdu. Bugünkü oyunda isə Azərbaycan təmsilçisi meydan sahibi olub.
Bir gün əvvəlki oyunda rəqib komanda 5 xal fərqlə qələbə qazanmışdı. İslandiya klubu ikinci qarşılaşmada daha böyük fərqlə qalib gəlib. 27:38 hesabı ilə uduzan təmsilçimiz Avropa Kuboku ilə vidalaşıb.
Avropa kuboku
3-cü mərhələnin cavab oyunu
1 dekabr
“Kür” (Azərbaycan) – “Haukar” (İslandiya) 27:38 (13:16)
Hakimlər: Dorian Sırbu, Viktor Serdyuk (hər ikisi Moldova).
İlk oyun – 25:30.